Azərbaycan gəncləri Budapezt zəhərinə rəsmi səfərə gedib

img

21-04-2010 [01:12]


Macarıstanın ?Egyesek? Təşkilatının dəvəti ilə Gənclər üçün Təhsil Mərkəzinin nümayəndə heyəti bu gün Budapeşt şəhərinə rəsmi səfərə gedib. Əsas məqsədi Azərbaycan və Macarıstan gənclər təşkilatları arasında əlaqələri inkişaf etdirmək, birgə əməkdaşlıq proqramları hazırlamaq, eləcə də ?Davamlılıq inkişafda? beynəlxalq seminarında iştirak etmək olan səfər proqramı 12 gün davam edəcək. Mərkəzdən verilən məlumata görə, səfər proqramı çərçivəsində Macarıstanın bir sıra gənclər təşkilatları ilə görüşlər keçiriləcək, müzakirələr aparılacaq və 20-dən artıq ölkənin gənclər təşkilatının qatıldığı beynəlxalq seminar keçiriləcək. Proqram çərçivəsində Azərbaycan həqiqətlərinin, eləcə də tarixi və mədəniyyətinin təqdim olunması məqsədilə ?Azərbaycan günü? də keçiriləcək. Səfərdə Gənclər üçün Təhsil Mərkəzinin direktor müavinləri Elnur Axundov və Günay Sadıxova, beynəlxalq əlaqələr bölməsinin əməkdaşları Ayxan Zahidov və Nurlan Əhmədov iştirak edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA