29-07-2016 [11:08]
Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən 2013-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.M. Abdullayev adına Fizika İnstitutuna ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.
Mia.az Palataya istinadən xəbər verir ki, AMEA-nın akademik H.M. Abdullayev adına Fizika İnstitutu dövlət büdcəsindən ayrılmış vəsaitləri 2013-cü ildə 99,4%, 2014-cü ildə 97,4% və 2015-ci ildə 97,6% səviyyəsində icra edib, auditin əhatə etdiyi hər bir il üzrə AMEA tərəfindən İnstitutun xərclər smetasında müvafiq qaydada bir neçə dəfə dəqiqləşdirmə aparılıb. Audit tədbiri ümumilikdə 11719,2 min manat məbləğində vəsaiti əhatə edib, Fizika İnstitutunun 2015-ci il üçün saxlanılması xərcləri 2013-cü illə müqayisədə 0,97% çox, 2014-cü illə müqayisədə isə 1,15% az olmaqla 3903,9 min manat təşkil edib.
Əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması zamanı müəyyən edilib ki, İnstitut tərəfindən tarif dərəcələri düzgün tətbiq olunmayıb, Əmək Məcəlləsinin bəzi tələblərinə əməl edilməməsi nəticəsində işçilərə əlavə əmək haqqı ödənilib, keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə yerli iştirakçıların sayının çox göstərilməsi nəticəsində artıq büdcə vəsaiti xərclənib.
Auditlə əhatə olunan dövrdə altı elmi proqrama 1622,4 min manat vəsait sərf edilib, bu məbləğin 44,5%-ni əmək haqqı və 9,8%-ni sosial-sığorta xərcləri təşkil edib, 17,8%-i malların (işlərin və xidmətlərin), 21,2%-i əsas vəsaitlərin və 6,7%-i proqram təminatının alınması ilə bağlı olub. Elmi proqramların araşdırılması zamanı bir halda internetə çıxışının təmin olunmaması səbəbindən proqramın daimi işlək vəziyyətdə olmadığı, proqram təminatının istifadəsinə xüsusi lisenziyanın tələb olunmadığı halda bu məqsədlə vəsait xərc edildiyi, eyni zamanda elmi proqramlar üçün ayrılmış ezamiyyə xərclərinin digər işçilərin ezamiyyə xərclərinin ödənilməsinə yönəldildiyi müəyyən olunub.
Maliyyə hesabatlarının təhlili zamanı müəyyən edilib ki, İnstitutun ehtiyatları əvvəlki dövr ilə müqayisədə 30,2 min manat və ya 15%, əsas vəsaitləri 9449,5 min manat və ya 3 dəfə artıb, debitor borclar 7732,0 manat və ya 38%, qısamüddətli kreditor borclar isə 2375,0 manat azalıb. Qeyd edilib ki, əsas vəsaitlərin artımı əvəzsiz verilmiş vəsaitlər hesabına olub, eyni zamanda gəlir vergisi və sosial sığorta haqqı üzrə ilin sonuna debitor borc yaranıb.
Hesablama Palatasının Kollegiyası Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.M. Abdullayev adına Fizika İnstitutu tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.M. Abdullayev adına Fizika İnstitutuna göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə və aidiyyəti üzrə AMEA-ya məlumat verilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi