Xidmət rəisləri toplandı - Müdafiə Nazirliyində hesabat (FOTOLAR)

img

28-07-2016 [22:43]


Müdafiə Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin arxa cəbhə idarəsində müvafiq xidmət rəisləri ilə ötən yarım ilin yekunlarına həsr olunmuş toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, toplantıda çıxış edən idarə rəisi, polkovnik Münasib Babayev Ali Baş Komandanın ordunun təminatını daim nəzarətdə saxladığını bildirib.

O, dövlətin diqqət və qayğısı sayəsində Müdafiə Nazirliyi rəhbərliyinin həyata keçirdiyi tədbirlər nəticəsində bu istiqamətdə qısa müddətdə böyük uğurların əldə olunduğunu iştirakçıların diqqətinə çatdırıb.

Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində verilən tapşırıqların yerinə yetirildiyi və bu istiqamətdə işlərin davam etdirildiyi diqqətə çatdırılıb.

Sonra ötən altı ay ərzində arxa cəbhə xidməti üzrə görülən işlər barədə hesabatlar dinlənilib və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA