28-07-2016 [19:44]
"Dağlıq Qarabağ münaqişəsində Rusiyanın rəsmi mövqeyi Ermənistandan çox, Azərbaycanın mövqeyinə yaxındır".
Bu sözləri Rusiyanın "Mediametrics" radiostansiyasına müsahibəsində Rusiyanın Valday klubunun eksperti, Rusiya Elmlər Akademiyasının Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun aparıcı elmi işçisi, Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya Siyasət fakültəsinin dosenti Aleksey Fenenko deyib.
"Rusiyanın mövqeyi üç hissədən ibarətdir.
Birincisi, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyır və rəsmi olaraq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edirik.
İkincisi, biz problemin hərbi yolla həllinə qarşıyıq.
Üçüncüsü, Rusiya və KTMT-nin Ermənistana verdiyi zəmanətlərin heç biri Qarabağ məsələsində qüvvəyə minmir.
Bunu anlamaq üçün təkcə Rusiya Xarici işlər Nazirliyinin bəyanatını oxumaq kifayətdir", – deyə rusiyalı ekspert bildirib.
Onun sözlərinə görə, Moskvada Sarksyana qarşı narazılıqlar artır:
"Ancaq Ermənistana daimi təzyiq eləsək, ölkə, sadəcə, partlayacaq və biz anti-Rusiya meyilli daha bir dövlətlə qarşılaşacağıq".
A.Fenenkonun fikrincə, aprel ayında Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin gərginləşməsi problemin Madrid prinsipləri əsasında həllinin mümkünlüyünü birdəfəlik "dəfn etdi" və açıq-aydın Azərbaycan ordusunun qüdrətini nümayiş etdirdi:
"Azərbaycan göstərdi ki, müharibənin taleyi bu illələrdə Ermənistanda çoxlarının düşündüyü kimi, hələ həll olunmayıb. Üstəlik, Azərbaycan hərbi əməliyyatların başlayacağı təqdirdə real ön cəbhəni yarıb müharibəni Qarabağın dərinliyində davam etdirə biləcəyini göstərdi".
Rusiyalı ekspert Moskvanın Azərbaycanla müqayisdə Ermənistana daha çox təzyiq göstərdiyini söyləyib.
"Ermənistan prezidenti Serj Sarksyan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana geri qaytarmalı olacaq", – deyə politoloq bildirib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların detallarının niyə ciddi şəkildə sirr kimi saxlanılmasıyla bağlı suala A.Fenenko Rusiyanın Ermənistanda buna göstəriləcək reaksiyadan çəkindiyini bildirərək cavab verib.
O, eyni zamanda Rusiya hakimiyyətinin ölkə ictimaiyyətində Kremlin daha bir müttəfiqini satması ittihamı ilə baş qaldıracaq narazılıqdan da qorxduğuna işarə vurub.
"Ona görə də hər hansı konkretlik vəziyyəti axarından çıxara bilər", – deyə ekspert vurğulayıb(Report).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi