"ABŞ onu bizə təhvil vermirsə,..." - Türkiyədən ABŞ-a sərt xəbərdarlıq

img

28-07-2016 [17:46]


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ və Avropa Birliyinə ultimatum göndərib.

Türkiyə mətbuatı xəbər verir ki, Çavuşoğlu CnnTürk-ə müsahibəsində Fətullah Güləni təhvil verməyəcəkləri təqdirdə ABŞ-Ankara münasibətlərinin pisləşəcəyini bildirib: «Bir terror təşkilatının rəhbəri bu ölkədə yaşayırsa və ABŞ onu bizə təhvil vermirsə, bu, münasibətlərə öz təsirini göstərəcək. Biz vəziyyəti bu həddə gətirmək istəmirik».

ABŞ-a səfər edib həmkarı Con Kerri ilə görüşəcəyini deyən Çavuşoğlu ziyarətin əsas məqsədinin Gülənin ekstradisiyası olacağını bildirib.

Avropa Birliyindən gələn açıqlamalara da toxunan XİN rəhbəri «Dünyada terror təşkilatlarına qarşı necə mübarizə aparırlarsa, bizdə də eynisidir. Avropa Birliyindən bizi təhdid edən açıqlamalar gəlməməlidir», - deyə bildirib(Strateq.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA