Tibb Universitetində kadr dəyişikliyi: Direktor işdən çıxarıldı

img

28-07-2016 [16:40]


Azərbaycan Tibb Universitetinə Gəray Gərayzadənin rektor təyinatından sonra bu gün ən böyük kadr dəyişikliyi olub.

Bu gün Azərbaycan Tibb Universitetinin ( ATU) Tədris Terapevtik Klinikasının baş direktoru Surxay Musayev öz ərizəsi ilə tutduğu postdan gedib.

Onun yerinə Tədris Terapevtik Klinikanın Daxili xəstəliklər və Reanimasiya kafedrasının müdiri, dosent Könül Xəlilova təyin edilib.

Eyni zamanda Tibb Universitetinin Elmi işlər üzrə prorektoru Rauf Bəylərov da tutduğu vəzifəsindən azad olunub.

Yaxın günlərdə daha böyük dəyişikliklərin olacağı gözlənilir.

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA