Fətullah Gülənin "Bacı" ləqəbli yaxın qohumu saxlanıldı - FOTOLAR

img

28-07-2016 [16:02]


Türkiyədə Fətullah Gülənin daha bir yaxın qohumu saxlanılıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Gülən camaatı" içərisində "bacı" kimi tanınan şəxs rəhbəri olduğu və tələbələrin qaldığı evləri tərk edərkən yaxalanıb. Onunla birlikdə daha bir qadın saxlanılıb.  Onların adlarının baş hərfləri açıqlanıb. Bildirilib ki, saxlanılanlar S.G və E.D-dir.

Məlumatda onların hər bir tələbədən 350 TL aldıqları və üzərlərində də 10 mənzilin açarının tapıldığı bildirilib. Eyni zamanda, evlərdə 4-6 qız tələbənin qaldığı, hər mənzilə bir ad verildiyi, müəllimlərin adlarla kodlanan evlərə tələbələri istiqamətləndirdiyi müəyyən edilib.

Kocaeli Şəhər Polis İdarəsinə götürülən hər iki şəxs istintaq tədbirləri başa çatdıqdan sonra məhkəməyə çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA