28-07-2016 [14:25]
"Prezidentin səlahiyyət muddətinin 5 ildən 7 ilə artırılması ilə əlaqədar dəyişiklik, düşünürəm ki, seçicilər tərəfindən normal qarşılanacaq".
Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Azərbaycanqəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, səlahiyyət müddəti siyasi qüvvələrin strukturu, siyasi sabitliyin səviyyəsi və geopolitik vəziyyətlə bağlıdır:
"Dünya təcrübəsində seçilmiş prezidentlərin səlahiyyət müddətləri müxtəlifdir. Ən çox rast gəlinən müddət 5-7 il arasında dəyişir. Prezidentlik səlahiyyətlərinin müddəti bir sıra səbəblə əlaqədardır. Burada ölkənin siyasi sisteminin xüsusiyyətləri, siyasi qüvvələrinin strukturu, siyasi sabitliyin səviyyəsi və ona təsir göstərən amillərin məcmusu, geopolitik vəziyyət və s. cəhətlər nəzərə alınır. Eyni zamanda, prezidentin səlahiyyət müddətinin dəyişməsi adi konstitusion dəyişikliklər norması sayıla bilər. Müxtəlif ölkələrdə prezidentin səlahiyyət müddəti ilə əlaqədar normalar dəyişdirilib. Siyasi praktikada bu, o qədər də xüsusi əhəmiyyət kəsb edən məsələlər sırasına daxil edilmir. Ona görə də prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması ilə əlaqədar dəyişiklik, düşünürəm ki, seçicilər tərəfindən normal qarşılanacaq”.
Ölkəmizin erməni təxribatı ilə üz-üzə qaldığını xatırladan Əli Əhmədov xarici qüvvələrin təsirini zərərsizləşdirmək və sabitliyi qorumaq üçün referendumun vacib olduğunu deyib:
"O da unudula bilməz ki, ölkəmiz Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edilib və son zamanlar erməni tərəfin təxribatları sabitliyə ciddi təhlükəyə çevrilib. Tez-tez dəyişikliklər (bu dəyişikliklər tam qanuni əsaslarda olsa belə) müəyyən şərtlər daxilində (müharibə şəraitində istənilən təxribat həmin şərtlər rolunu oynaya bilər) sabitliyə real təhlükə yaratmaq iqtidarındadır.
Eyni fikirləri xaricdən gözlənilən təhdidlərlə əlaqədar da söyləmək mümkündür. Azərbaycana yaxın bölgələrdə qarşıdurmalar, müharibələr, fəlakətlər, terrorizm və bunların nəticəsi olan kütləvi köçlər davamlı xarakter alıb. Vəziyyətin yaxın zamanlarda sabitləşəcəyini söyləmək həddindən artıq optimizm nümunəsi olardı. Müşahidə olunan münaqişələrin və onun nəticələrinin coğrafiyasının genişlənməsidir. Belə vəziyyətdə ölkəni mümkün təhlükəli təhdidlərdən sığortalamaq, sabitliyi qoruyub saxlamaq həyati əhəmiyyət kəsb edir. Tez-tez keçirilən, cəmiyyətdə ehtirasları və siyasi ambisiyaların dərəcəsini həddən ziyadə artıran siyasi kampaniyalar, seçkilər təbii ki, belə siyasi kampaniyalardandır, sabitliyin pozulması təhlükəsini real olaraq artırır. Bununla əlaqədar elə bir optimal modelin seçilməsi ehtiyacı yaranıb ki, o, bir tərəfdən haqqında söhbət açdığımız sabitliyə təhlükə yaranmasına imkan verməsin, digər tərəfdən isə demokratik normalar zərər çəkməsin. Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, düşünürəm ki, həmin modelin yaradılması nöqteyi-nəzərindən ən yaxşı variant sayıla bilər”.
Axar.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi