Prezident Fəvvarələr bağında görülən abadlıq izlərinin gedizi ilə tanız olub

img

21-04-2010 [12:06]


Prezident İlham Əliyev bu gün Bakının ?Nizami? kinoteatrının binasında həyata keçirilən təmir və yenidənqurma, Fəvvarələr bağında görülən abadlıq işlərinin gedişi ilə tanış olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə ?Nizami? kinoteatrının binasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olublar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verərək bildirib ki, fəaliyyətə başlamasından ötən 76 ildə kinoteatrda bir dəfə də olsun əsaslı təmir işləri aparılmayıb, su və kanalizasiya xətlərinin nasazlığı nəticəsində binanın özülü yararsız hala düşüb. Ona görə də ilk növbədə binanın yükdaşıyan konstruksiyaları gücləndirilib, sonra isə müvafiq bərpa və yenidənqurma işlərinə başlanıb. Onun sözlərinə görə, yeni layihəyə əsasən kinoteatrın binasında dörd zalın inşası nəzərdə tutulub. Avropa standartlarına cavab verən kinoteatrda akustika, filmlərin nümayişi, səs və işıq sistemləri ən müasir standartlar səviyyəsində olacaq. Birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə milli və Avropa mətbəxini özündə cəmləşdirən 250 nəfərlik restoranın və inzibati otaqların yaradılması nəzərdə tutulub. Binanın zirzəmisi olmadığından havalandırma sistemləri müxtəlif mərtəbələrin daxilində yerləşdirilib. Qeyd olunub ki, layihədə kompleksdə yanğınsöndürmə, xəbərvermə, videomüşahidə, tüstüsovurma, yanğın və tüstünün ilkin mərhələdə aşkar olunması üçün mühafizə-siqnalizasiya yolları haqqında səsli xəbərvermə, eləcə də yanğınsöndürmə üçün 450 kubmetrlik su anbarının tikintisi nəzərdə tutulub. Bərpa işlərinin gedişi ilə tanış olan dövlət başçısı yenidənqurma tədbirlərinin vaxtında və yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlərini verib. Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəvvarələr bağında görülən abadlıq işləri ilə də tanış olublar. Dövlət başçısına bildirilib ki, bağda yenidənqurma tədbirləri artıq tamamlanmaq üzrədir. Fəvvarələr bağındakı meydançaların və fəvvarələrin bəziləri artıq hazırdır, bəzilərində isə yenidənqurma işləri tezliklə başa çatdırılacaq. Paytaxtın bu istirahət guşəsində işıq dirəkləri tam quraşdırılıb, oturacaqlar hazır vəziyyətdədir. Bağda yaşıllaşdırma tədbirlərinin davam etdiriləcəyi, yeni yaşıllıq zolaqlarının salınacağı bildirilib. Qeyd olunub ki, Fəvvarələr bağının ətrafındakı yaşayış binalarının fasadlarında aparılan abadlıq işləri də tamamlanmaq üzrədir. Bağda abadlıq işlərinin yaxın vaxtlarda başa çatacağı və bu istirahət guşəsinin paytaxt sakinlərinin istifadəsinə veriləcəyi vurğulanıb. Prezident İlham Əliyev yenidənqurma işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA