28-07-2016 [11:33]
"SOCAR Türkye" bəzi KİV-də şirkətdə bir sıra şəxslərin tutduğu vəzifədən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Şirkətdən bildirilib ki, "SOCAR Türkiye"də baş verən kadr islahatlarının qardaş ölkədə dövlət çevrilişinə cəhdin ardınca başlanan işdən çıxarılmalar və həbslərlə heç bir əlaqəsi yoxdur.
"Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişi cəhdindən dərhal sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi qardaş ölkəyə dəstəyini ifadə edib. Belə ki, SOCAR prezidenti Rövnəq Abdullayev "Anadolu” agentliyinə müsahibəsində şirkətin Türkiyəyə güvəninin tam olduğunu, bu ölkədəki bütün yatırımlar və layihələrin tam sürəti ilə davam etdiriləcəyini vurğulamışdı. Rövnəq Abdullayev qeyd edib ki, SOCAR Türkiyədə həyata keçirdiyi ümumi məbləği 18 milyard dollardan çox olan və aralarında Avropanın enerji ehtiyacını qarşılayacaq investisiyaların da olduğu layihələri tam gücü ilə, bütün sürəti ilə davam etdirəcək, Türkiyədə özəl sektorun inşa etdiyi ilk Neft Emalı Zavodu olan STAR da 2018-ci ildə tamamlanaraq istehsala başlayacaq”, – "SOCAR Türkiye"dən bildirilib.
Həmçinin qeyd olunub ki, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, "SOCAR Türkiye"nin İdarə Heyətinin sədri Vaqif Əliyev də "Anadolu” agentliyinə açıqlamasında təmsil etdiyi şirkətin Türkiyədə birbaşa və dolayısı ilə 40 min nəfərlik ailəni təmsil etdiyini bildirib:
"Vaqif Əliyev qeyd edib ki, logistika sahəsində də Egey bölgəsinin ən böyük konteyner limanı SOCAR tərəfindən çox qısa müddət ərzində istifadəyə veriləcək. Vaqif Əliyev bəyan edib ki, şirkətin Türkiyənin yeganə neft-kimya istehsalçısının "Petkim"dəki fəaliyyəti də qardaş ölkəyə və onun iqtisadiyyatına etibarın simvoludur. Ümumilikdə, SOCAR rəsmiləri öz bəyanatlarında vurğulayıblar ki, hərbi çevriliş cəhdləri bütün demokratik ölkələr üçün qətiyyən qəbuledilməzdir. Şirkət rəsmiləri Türkiyə Respublikası hökuməti və milləti ilə birlik və bərabərlik içində dost və qardaş ölkənin daha böyük uğurlara çatacağına ürəkdən inandıqlarını vurğulayıblar”.
"SOCAR Türkiye" KİV-lərdə şirkətin ixtisarlar aparmasının səbəbləri ilə bağlı dərc edilən xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb: "Bildiyiniz kimi, bu ilin aprel ayında "SOCAR Türkiye" rəhbərliyində dəyişiklik baş verib. Təbii ki, "SOCAR Türkiye"nin yeni rəhbərliyi tərəfindən şirkətin fəaliyyətinin gücləndirilməsi məqsədi ilə işçi heyətdə müəyyən dəyişikliklərin edilməsi gözləniləndir. Bu məsələ qətiyyən başqa formada şərh olunmamalıdır”.
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi