28-07-2016 [09:53]
Azərbaycan Beynəlxalq Bankının həbsdə olan rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Azərbaycan Maliyyə Nazirliyini və bankın hazırkı rəhbərliyini məhkəməyə saxta sənəd təqdim etməkdə ittiham edir.
O, ölkə başçısına yazdığı müraciətin surətini "Bizimyol.info" saytına göndərib.
Ə.Hacıyeva bildirir ki, ABB 2015-ci ilin iyul ayında onların ailəsinə məxsus səhmlərin alqı-satqısı üzrə sövdələşməni həyata keçirsələr də, onlara heç bir pul ödənməyib.
"Buna görə də, biz məhkəməyə müraciət etməyi qərara aldıq. ABB rəhbərliyiMaliyyə Nazirliyinin həssas rəhbərliyi altında məhkəməyə bizim saxta imzalarımız olan sənədləri təqdim edib. Mənim saxtalaşdırılmış imzam və tarixin qeyd olunduğu saxta məxaric orderini sizin diqqətinizə təqdim edirəm. Təhrik edilməmiş gözlə görmək olar ki, "30" tarixi və eləcə də mənim imzam saxtadır. Əlbəttə ki, biz burada olan Məhkəmə Ekspertiza Mərkəzinə və xaricdə olan müstəqil ekspertlərə müraciət edəcəyik.ABB rəhbərliyiMaliyyə Nazirliyinin başçılığı ilə qardaşım Cahangiri sübuta yetirilməmiş və əsaslandırılmamış pul mənimsəməsində günahlandıraraq və qanunun bütün normalarını aşaraq sənədləri saxtalaşdırmış və bizim pullarımızı mənimsəyiblər.Ortaya belə bir sual çıxır: kim kimdən oğurlayıb? ABB digər fiziki şəxslərdən səhmaləri toplayaraq məhz onlarınkreditini bağlayıb. Bəs nə üçün bizim səhmlərlə Cahangirinkreditkartı üzrə olan borclar bağlanmayıb? Bizim pullarımız kimlərin cibinə gedib?Maliyyə Nazirliyinin bədgüman və düşmən münasibəti bizə aydındır, lakin bəs nə üçünƏdliyyə Nazirliyiqərarın bizim əleyhimizə qəbul olunmalı olduğunu diktə edərək məhkəməyə təzyiq edir? Bu cür əsassız fikir onlarda haradandır?".
Əminə Hacıyeva Cahangir Hacıyevin Həyat Yoldaşı Zamirə Hacıyevanın da məsələsinə toxunub. "Zamirənin 4 milyonluqkreditkartı üzrə borcu olub ki, o, səhmlərlə bu məbləği ödəyib. Lakin borc hələ də bağlanmayıb. Bəs onda bəzi mətbu orqanlarda deyilən 18 milyon məbləğ haradan götürülüb?".
Ə.Hacıyeva prezidentə müraciət edərək, günahsız insanları məhkum etməyə icazə verməməsini xahiş edir.
Qeyd edək ki, C. Hacıyev 2015-ci ilin dekabr ayında həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər əməllərdə ittiham edilir. Cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində icraata verilib.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi