Zakir Həsənov zabitlərə tapşırıq verdi - TOPLANTI

img

27-07-2016 [19:38]


Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissə və birləşmələrin psixoloqları, eləcə də şəxsi heyətlə iş üzrə zabitlərin iştirakı ilə Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə dair təlim-metodiki toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, toplantıda "Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması", "Kollektivin psixoloji durumuna təsir edən amillər", "Döyüşdə və döyüşdən sonra hərbi qulluqçuların psixoloji durumu" və bir sıra digər mövzular üzrə mühazirələr dinlənilib.

Toplantı iştirakçıları tərəfindən aprel döyüşlərinin şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəlməsində rolu, hərbi qulluqçuların psixoloji hazırlığı üzrə tələb və tövsiyələr, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə müzakirələr aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA