Nazir yaralıları ziyarət etdi, kompensasiyadan danışdı

img

27-07-2016 [13:38]


Müdafiə sənayesi naziri Yavər Camalov Şirvan "Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alan, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına və Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıları ötən gün ziyarət edib və səhhətləri ilə maraqlanıb.

Bu barədə nazirlikdən məlumat verilib.

Nazir bu gün hadisə nəticəsində dünyasını dəyişən zavodun iki əməkdaşının dəfn mərasimində iştirak edib.

Y.Camalovun tapşırığına əsasən zərərçəkənlərə və onların yaxınlarına qanunvericilikdə nəzərdə tutulan müavinətlərlə yanaşı, dəfn mərasiminin bütün xərcləri və digər zəruri xərclər müəssisə tərəfindən ödənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA