Naxçıvan Ali Məclisinin sabiq deputatı vəfat etdi...

img

27-07-2016 [12:31]


Naxçıvan Ali Məclisinin sabiq deputatı Yenisey Hacıyev ötən gecə dünyasını dəyişib.

Milli.az-ın məlumatına görə, Naxçıvandakı Əkbər Ağayev adına Naxçıvan şəhər internat məktəbin məzunu olan polkovnik Yenisey Hacıyev Naxçıvan Muxtar Respublikası Babək rayon Polis Şöbəsinin. Naxçıvan Hava Limani Polis Şöbəsinin, MR-nin Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin, Bakının Suraxanı və Nəsimi rayonlarının polis idarələrinin rəisi, Naxçıvan MR Ali Məclisinin deputatı kimi fəaliyyət göstərib. Onun ən son iş yeri isə Bakı Şəhər İcra Hakimiyyəti olub. 

69 yaşlı Y.Hacıyevin xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi….

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA