​Sentyabrda qeyri-iş günlərinin sayı artırılacaq - Hökumət yeni qərar verəcək

img

27-07-2016 [11:17]


Bu ilin sentyabr ayında Azərbaycanda qeyri-iş günlərinin daha bir gün artırılacağı gözlənilir.

Belə ki, sentyabrın 26-da ölkə ərazisində ümumxalq səsverməsi (referendum) keçiriləcəyindən və həmin gün bazar ertəsinə təsadüf etdiyindən qeyri-iş günü olacaq. Çünki Seçki Məcəlləsinin 8-ci maddəsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur(Report).

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib.

Xatırladaq ki, bu ilin sentyabr ayında Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin "2016-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, iki gün – sentyabrın 12-si və 13-ü Qurban bayramıdır. Sentyabrın 10-u və 11-i tarixləri şənbə və bazara təsadüf edir. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA