Müdafiə Sənayesi Nazirliyindən son açıqlama: "Ölən yoxdur, 11 nəfər yaralanıb"

img

26-07-2016 [18:22]


Müdafiə Sənayesi Nazirliyi Şirvandakı ”Araz”  zavodunda baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu gün saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz”  zavodunda hadisə baş verib.

Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül xəsarət alıb. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər.

Fasilələrlə eşidilən partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb və hazırda hadisə yerindədir.

Hadisənin səbəbləri ilə bağlı məlumatlar araşdırmalardan sonra veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA