Zavoddakı yanğının söndürülməsinə helikopter cəlb edildi

img

26-07-2016 [17:35]


Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin "Araz” zavodunda baş verən yanğının söndürülməsi üçün helikopterlər cəlb olunub.

Bunu AzVision.az-a açıqlamasında Şirvan şəhər icra hakimiyyəti başçısının köməkçisi Vasif Əliyev deyib. O qeyd edib ki, yanğının söndürülməsi üçün lazım olan bütün işlər görülür:

"Yanğının şiddətindən içəriyə daxil olmaq mümkün deyil. Ölənlər haqqında məlumat yoxdur. Lakin yararlıların olduğu bildirilir və onlar xəstəxanaya gətirilir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA