İcra başçısı vətəndaşı döydürüb?! - Rəis müavini haqda ilginc iddia

img

26-07-2016 [16:15]


Tərtər Rayonun Dəmirçilər kəndində uzun zamandır ki, su üzünə həsrət qalan kənd  sakinləri etiraz səslərini qaldırıblar.

Bu barədə kəndin sakinləri məlumat verib.

Məlumatda bildirilir ki, may ayı daxil olandan kənd əhalisi nə içməli, nə də suvarma suyunu normal əldə edə bilir.

Aksiyadan xəbər tutan icra başçısı Müstəqim Məmmədova aksiyanın təşkilatçısı kimi Natiq İsmayılov adlı sakinin adını veriblər. O, da öz növbəsində polis rəisinin müavini işləyən xalası oğlu Əfqan Qurbanova zəng edərək, Natiq İsmayılovu həbs etməsini tələb edib. Xüsusi, zorakılıqla həbs olunan Natiq İsmayılov polisə aparılıb və orada fiziki zorakılığa məruz qalıb.

Bir neçə saatdan sonra sərbəst buraxılan Natiq İsmayılova icra başçısının adından xəbərdarlıq edilib.Haqsız yerə döyülərək, həbs olunan Natiq İsmayılov DİN rəhbəri Ramil Usubova şikayət edəcək.

Gununsesi.info


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA