26-07-2016 [14:07]
"Türkiyədə Fətullahçı terror təşkilatının dövlət çevrilişinə cəhdi Azərbaycan xalqını narahat etdi".
Bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Anadolu Agentliyinə müsahibəsində deyib.
Dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verən nazir deyib: "Xalqın azad iradəsinə qarşı törədilən qorxunc cinayətlərin təşkilatçıları Türkiyə xalqı və dövlətinin sərgilədiyi birlik qarşısında məğlub olaraq məqsədlərinə çata bilmədilər.
Prezident İlham Əliyev də Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, qardaş ölkə vətəndaşlarının demokratik yolla seçdiyi hökuməti dəstəklədiyini ifadə edib. Azərbaycan dövləti bu hadisəni dövlət çevrilişinə cəhd hesab edir və belə əməlləri şiddətlə qınayaraq, bunun yolverilməz olduğunu bəyan edib”.
Azərbaycanın Türkiyə ilə qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu söyləyən Ş.Mustafayev bildirib ki, münasibətlərimizə zərrə qədər də zərər verəcək hər hansı addımı qəbul edə bilmərik, buna heç vaxt icazə verməyəcəyik. Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır və biz həmişə bir-birimizi dəstəkləyəcəyik.
Türkiyənin bundan sonra da investorlar üçün cəlbedici ölkə olaraq qalacağını vurğulayan nazir qeyd edib: "Türkiyə iqtisadiyyatının mövcud vəziyyəti son hadisələrin mənfi təsirlərinə qarşı dayanıqlılıq göstərir. Əminik ki, hökumət nəzərdə tutulan iqtisadi hədəflərinə çatacaq”.
Nazir Azərbaycanın və Türkiyənin böyük enerji və nəqliyyat layihələrinin təşəbbüskarları və iştirakçıları olduğunu vurğulayaraq, iki ölkə arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, ticarət və iqtisadi işbirliyinin bu möhkəm zəmin üzərində qurulduğunu qeyd edib. Bildirib ki, hər iki ölkədə mövcud olan əlverişli investisiya və biznes mühiti iqtisadi əməkdaşlığımızın genişlənməsinə töhfə verir, qarşılıqlı sərmayə qoyuluşuna münbit şərait yaradır. (Azərtac)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi