DİN yoxladı, icra başçısının qardaşı vəzifədən çıxarıldı

img

26-07-2016 [12:30]


Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Beyləqan rayon Polis Şöbəsində yoxlama aparılıb.

Yoxlama tədbirləri nəticəsində Beyləqan rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

Beyləqan rayon Polis Şöbəsindən faktı təsdiq ediblər. Bildirilib ki, hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Zöhrab Məmmədov Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun qardaşıdır. 

AzVision.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA