İstanbulun keçmiş valisi saxlanıldı, evində axtarış aparıldı - Polis sistemində əməliyyat

img

26-07-2016 [12:20]


Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı polis sistemində aparılan əməliyyat nəticəsində İstanbulun keçmiş valisi Hüseyn Avni Mutlu saxlanılıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hüseyn Avni ilə yanaşı, 6 polis zabiti da həbs edilib. Onların evində axtarış aparılıb.

Onu da xatırladaq ki, Hüseyn Avni Mutlu valilikdən azad olunduqdan sonra Daxili İşlər Nazirliyində vəzifə ilə təmin olunmuşdu. O, çevrilişdən bir gün sonra buradakı vəzifəsindən də azad edilmişdi. Onun çevrilişçilərə dəstək verdiyi bildirilir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA