Milli Məclisdə bir sıra qanun layihələri qəbul edilib

img

20-04-2010 [02:59]


Milli Məclisin bu gün keçirilən iclasında bəzi qanun layihələri qəbul olunub və bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər olunub. Azərbaycan Respublikası hökuməti və Qatar Respublikası hökuməti arasında diplomatik vaxt və xüsusi pasportlara malik vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul olunub. Daha sonra İslam Konfransı Təşkilatının nizamnaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi qəbul olunub. İclasda Azərbaycan Respublikası hökuməti və türkdilli ölkələrin Parlament Assambleyasının katibliyi arasında yerləşmə haqqında sazişin təsdiq edilməsi barədə qanun layihəsi qəbul olunub. Həmçinin İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında qanun layihəsi də müzakirəyə qoyularaq qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA