Qüdrət Həsənquliyev veteranların əmanətlərinin qaytarılmasını istəyir

img

20-04-2010 [02:51]


Milli Məclisin bu günkü iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Azərbaycanda İkinci Dünya Müharibəsi veteranlarının əmanətlərinin qaytarılması təşəbbüsünü irəli sürüb. Deputatın sözlərinə görə, böyük iqtisadi çətinliklər içində yaşayan Ermənistanda artıq belə bir addım atılıb: ?Ermənistan alman faşizmi üzərində qələbənin 65 illiyi münasibətilə veteranlarının əmanətini qaytarmaq haqqında qərar qəbul edib. Orada veteranların sayı 3700-3800 nəfərdir. Bizdə bir qədər çox olar. Mayın 9-na kimi bizim bir neçə iclasımız qalır. İstərdim ki, biz də belə bir qərar qəbul edək?. Q.Həsənquliyev hesab edir ki, bu iş üçün vəsaiti tapmaq olar. Onun fikrincə, parlamentin belə bir qərarı qələbənin 65 illiyi münasibətilə deputatların veteranlara ən böyük töhfəsi olardı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA