26-07-2016 [10:36]
Mərkəzi aparatın saxlanılması xərclərinin icrası zamanı staja və hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavələrin hesablanılmasında nöqsanlara yol verilib, dövlət qulluqçusu olmayan işçilərə məzuniyyətə çıxdıqları zaman düzgün olmayaraq müavinət və mükafat verilib.
Bu barədə Azərbaycan Hesablama Palatasının Əmək və Əhalinin Sosiala Müdafiəsi Nazirliyi və tabeliyində olan qurumlarda həyata keçirilmiş auditin nəticələri haqqında yaydığı məlumatda deyilir.
Hesabata əsasən, Nazirlik tərəfindən maliyyələşdirilən sosial layihələrin hazırlanması və həyata keçirilməsi vəziyyətinə cari nəzarət, eləcə də müvafiq maliyyə-hesabat sənədlərinin qanunvericiliyə uyğunluğunun araşdırılması səlahiyyətləri dəqiq müəyyən edilməyib, dövlət sifarişləri üzrə müsabiqənin keçirilməsi zamanı sifarişlərin yerinə yetirilməsi sahəsində rəqabət mühitinin formalaşdırılması tam təmin olunmayıb. Həmçinin, xərclər smetalarının tərtibi zamanı qanunvericiliklə müəyyən edilmiş normalar əsas götürülməyib, kommunal xərclər üzrə vəsaitin məbləği real sərfiyyata uyğun proqnozlaşdırılmayıb.
"Tələbatın düzgün müəyyənləşdirilməməsi səbəbindən inventarların tələbata nisbətən artıq alınması, həmçinin keçirilmiş müsabiqələrdə müxtəlif qiymətlərlə müqavilələr bağlanılması səbəbindən səmərəsiz xərclərə yol verilib, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün idman tədbirlərinin keçirilməsi və onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması tədbirləri üzrə ezamiyyə xərclərinin, həmçinin bəzi hallarda ümumrespublika yarışlarının təşkili ilə bağlı xərclərin mövcud normativ-hüquqi sənədlərdə müəyyən edilmiş qayda və normalarına riayət edilməyib, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunması və onlara bərabər imkanların yaradılması ilə bağlı keçirilən layihələrdə bir sıra hallarda maliyyə qaydalarına tam əməl olunmayıb”, – deyə sənəddə qeyd olunub.
Palata yoxlamalar nəticəsində dövlət əsaslı vəsait qoyuluşu zamanı da nöqsanların olduğunu aşkar edib: "Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılmış vəsaitlər üzrə layihə təkliflərinin verilməsindən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmayıb, yaşayış məntəqələrinin ərazi planlaşdırılması çərçivəsində müfəssəl planların hazırlanması və dövlət ekspertizasından keçirilməsi təmin edilməyib”.
Həmçinin, hesabatda alınmış əsas vəsaitlərin icraçılar tərəfindən tam təhvil verilmədiyi, tikinti işləri tamamlanmaq üzrə olduğu halda yerinə yetirilən işlərin sifarişçi tərəfindən müvafiq qaydada rəsmiləşdirilməməsi səbəbindən debitor borclar yarandığı da qeyd edilib.
Hesablama Palatasının Kollegiyası Nazirlik və tabeliyində olan qurumlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya qərarının surəti və müvafiq təqdimatlar Nazirliyə və tabeliyində olan qurumlara, vergi öhdəliklərinin qanunvericiliyə uyğun dövlət büdcəsinə hesablanması və ödənilməsi vəziyyətinin araşdırılması məqsədilə müvafiq məlumat Vergilər Nazirliyinə göndərilib.
Palatanın Kollegiyasında müzakirə olunaraq təsdiq edilən hesabatda deyilir ki, audit tədbiri Nazirlik və seçmə üsulla müəyyən edilmiş 5 qurumun fəaliyyətini, 2014-cü il və 2015-ci ilin 9 ayı üzrə ümumilikdə isə 433,8 mln. manat məbləğində vəsaiti əhatə edib. Əhatə olunmuş vəsaitlərin 86,4%-ni məhz funksional fəaliyyət üzrə olmaqla "Sosial müdafiə və sosial təminat” xərcləri təşkil edib.
Qeyd edək ki, auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib. (Report)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi