Hərbi çevrilişin başladığı körpünün adı dəyişdirilir

img

26-07-2016 [09:03]


Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi zamanı çox sayda insanın öldürüldüyü Boğaziçi körpüsünün adı dəyişdirilir.

Bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım məlumat verib. Onun sözlərinə görə, körpü "15 iyul Şəhidlər Körpüsü” adlandırılacaq. Bundan əlavə, qiyam zamanı şəhid olan şəxslər üçün abidə ucaldılacaq: "Bugünkü Nazirlər Kabinetinin toplantısında İstanbul və Ankarada şəhidlər abidəsinin ucaldılması qərarlaşdırılıb. "Darbeci”lərin ilk hədəfi olan və vətəndaşlarımızın şəhid edildiyi Boğaziçi körpüsünün adınının "15 iyul Şəhidlər Körpüsü” olaraq dəyişdirilməsinə də qərar verilib”.

Baş nazir hərbi çevrilişə cəhd edən hər kəsin qanun qarşısında cavab verəcəyini də qeyd edib: "Bu işə əl atanlar bir-birinin ardınca üzə çıxır. Hamısı bir-birinin adını verir. Nəticədə kim var, kim yox hər kəs qanun qarşısına çıxacaq, hesabını verəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA