Prezident İlham Əliyev Beyləqanla bağlı sərəncam verdi - 4.6 milyon ayrıldı

img

25-07-2016 [18:56]


Prezident İlham Əliyev bu gün "Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 4,6 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA