25-07-2016 [17:23]
Türkiyədə mətbuat Silahlı Qüvvələrin Baş qərargah rəisi, ordu generalı Hulusi Akarın 15 iyul baş tutmayan hərbi çevriliş cəhdi ilə bağlı şahid qismində istintaqa verdiyi ifadənin mətnini yayıb.
General Akar çevrilişə əl atanlardan general Mehmet Dişli ona "komandanım, əməliyyat başlayır, hamını içəri alacağıq. Batalyonlar, briqadalar yola çıxdı, bir az sonra görəcəksiniz” deyib.
"Mən əvvəlcə nədən bəhs etdiklərini anlamadım, sonra söhbətin nədən getdiyini başa düşdüm və hiddətlə "Nə diyorsun ulan sən, nə operasyonu, sən manyakmısın, sakın” deyə bağırdım. Arxam qapıya tərəf olduğundan Baş qərargah rəisinin müavininin harada olduğunu görmədim, digər komandanların harada olduqlarını soruşdum. "Həyacanlanmayın, rahat olun, gələcəklər” kimi sözlər söylədilər. Mənim səninlə, bu işin içində olan bir başqası ilə heç bir işim ola bilməz, sən mənimlə nə biçim danışırsan, kim bunlar, siz kimsiniz” kimi sualları davamlı olaraq hiddətlə verirdim. Çox qəzəblənmişdim”-general ifadəsində nəql edib.
Hulusi Akarın dediyinə görə o, çevriliş cəhdində iştirak edən generallara böyük bataqlığa batdıqları barədə xəbərdarlıq edib, heç olmasa başqalarını da bu işə bulaşdırmamağı, ölüm-qalım olmadan əl atdıqları təşəbbüsü dayandırmalarını deyib.

Baş qərargah rəisinin ifadəsində deyildiyinə görə, Akıncı 4-cü Əsas Hava Bazasının komandanı, general Hakan Evrim ona "istərsiniz sizi qənaət öndərimiz Fetullah Gülənlə görüşdürərik” deyib. "Mən heç kimlə görüşmürəm” deyib ona sərt cavab verdim. Ardınca general Akın Öztürk xaric (hərbi çevriliş cəhdinin lideri kimi təqdim olunur-red) qalanları otağı tərk etdilər”-generalın ifadəsində deyilir.
Akarın dediyinə görə onu Akıncı bazasında girov saxlayan qiyamçılar prezident Ərdoğanın Atatürk hava limanında çıxış etdiyini eşidəndə dilxor olublar."Savaşdan betər etdiniz, gedin təslim olun” dedim. Vaxt irəlilədikcə çevrilişçilərin əhvalı korlandı. Akın Öztürkə israrla "onları bu işdən vaz keçir” deyirdim. "Tamam, komandanım, biz əl çəkirik” dedilər. Məni prezidentlə və ya baş nazirlə görüşdürəcəklərini dedilər. Təşəbbüsə son verdilər”-Hulusi Akar deyib.

Hulusi Akar Türkiyə silahlı qüvvələrində AKP-yə sadiq general hesab edilir. O, mülki litsey bitirən və Baş qərargah vəzifəsinə qədər yüksələn yeganə generaldır. Hərbi karyerası o qədər də parlaq deyil. Vaxtaşırı olaraq onun Fətullah Gülən camaatı ilə bağlılığı haqda iddialar da gündəmə gəlib. Akarın karyera yüksəlişi "Ergenekon” və "Balyoz” əməliyyatları ilə Türkiyə ordusunun nüfuzlu komandanlarının sıradan çıxarılması dövrünə təsadüf edib. 15 iyul çevriliş cəhdində qiyamçıların onu girov götürdüyü və boğazını kəmərlə sıxdığı bildirilir. Bununla belə bir çoxları Akarın həmin çevriliş cəhdindəki rolu haqda ehtimallar irəli sürür. (azpolitika.info)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi