Gürcüstanda və Dağıstanda yazayan azərbaycanlılar sənədlərini Qazaxda və Qusarda təsdiqlədəcəklər

img

20-04-2010 [01:21]


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanması ilə əlaqədar olaraq mətubat konfransı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, TQDK Təşkilat Şöbəsinin müdiri Arzu Bağırov bildirib ki, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsilli müəssisələrinə ərizə qəbulu artıq bu gündən başlayıb: ?Qəbul imtahanlarında iştirak etmək üçün aprelin 20-dən, yəni bu gündən mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurur və tələb olunan sənədləri aprelin 30-dan, mayın 31-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. Sənəd Qəbulu Komissiyaları hər gün (bayram və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir. Sınaq imtahanlarında iştirak etmək üçün abituriyentlər ödəmə kartları almalıdırlar. Sınaq imtahanı və imtahana iştirakına dair ödəmə kartları fərqlidir. Ödəmə kartların üzərindəki iş nömrəsindən və PİN kodundan istifadə etməklə elektron ərizəyə daxil olub öz elektron ərizələrini dolduracaqlar. Elektron ərizələri doldurmaq üçün şəxsiyyət vəsiqəsinin olması mütləqdir. Çünki şəxsiyyət vəsiqəsinin nömrəsindən və Pin kodundan istifadə edilir. Bu məlumatları daxil etdikdə giriş, çıxış məlumat bazasından onların şəxsi məlumatları avtomatik olaraq elektron ərizəyə daxil olur. Bu məlumatları biz keçən il də vermişik, eyni qayda bu ildə tətbiq olunur. Əhalinin rahatlığını təmin etmək üçün Respublikanın bütün bölgələrində Sənəd Qəbulu Komissiyaları (SQK) yaradılıb. 130-a yaxın Sənəd Qəbulu Komissiyaları (SQK) fəaliyyət göstərəcək. Ümumtəhsil məktəblərinin bu ilki məzunları sənədlərini təhsil aldıqları ümumtəhsil məktəbinin yerləşdiyi təhsil şöbəsində təqdim edəcəklər. Bakı şəhərində və Bakı şəhərinin bütün rayonları əhatə olunmaqla 22 belə məntəqə yaradılıb. Əvvəlki illərin və ali təhsil məktəblərinin məzunlarının ərizələrinin qəbulu isə yenə bölgələr əhatə olunmaqla, ali məktəblərdə yaradılmış komissiyalarda təsdiq olunacaq. Ali məktəblərin komissiyalarında hərbi masalar da fəaliyyət göstərəcək. Hərbi komisarlığın nümayəndələri olacaq. Bir də onu nəzərinizə çatdırım ki, 16 yaşına çatmayan abituriyentlər var. Bildiyiniz kimi, onların şəxsiyyət vəsiqələrində foto şəkil olmur. Onlar üçün ayrıca komissiya fəaliyyət göstərir. Həmin şəxslər fəaliyyət göstərən komissiyalara müraciət etməlidirlər. Xarici vətəndaşlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında yaradılmış sənəd qəbulunda öz ərizələrini təsdiq etdirəcəklər. Gürcüstanda yaşayan həmvətənlərimiz üçün Qazax təhsil şöbəsindəki, Dağıstanda yaşayan həmvətələrimiz uçun isə Qusar Rayon təhsil şöbəsində yaradılmış komissiyalarda öz ərizələrini təsdiq etdirə bilərlər?. [b]Nüşabə Sadıqova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA