QHT-yə Dövlət Dəstəyi Şurasının üzvləri Azay Quliyevin bazçılığı ilə Türkiyəyə gedir

img

20-04-2010 [01:03]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Qəzetəçilər Federasiyasının dəvəti ilə aprelin 21-23 İzmir şəhərində səfərdə olacaq. Şuranın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, səfərin məqsədi 24 aprel tarixi ilə bağlı ermənilərin qaldırdığı qondarma ?soyqırım? iddialarına qarşı çıxış edərək Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını nümayiş etdirmək, ötən əsrdə Qafqazda və Türkiyə ərazilərində baş vermiş müdhiş erməni cinayətləri haqqında əsl tarixi həqiqətləri dünya xalqlarına çatdırmaqdır. Səfər çərçivəsində silsilə tədbirlər, o cümlədən sərgi keçiriləcək. Sərgidə Şurasının yardımı ilə QHT layihələri çərçivəsində hazırlanmış təbliğat materialları nümayiş etdiriləcək. Kitab, broşur, sənədli film və fotolardan ibarət bu materiallarda ermənilərin Azərbaycan və Türkiyə ərazilərində törətdikləri soyqırım cinayətləri ifşa edilir, tarixi gerçəkliklər faktlara və arxiv sənədlərinə istinadən şərh olunur. Sərgidə erməni silahlı quldur dəstələrinin Türkiyə bölgələrinə hücumunu əks etdirən fotoşəkillər ilk dəfə nümayiş olunacaq. Tədbir çərçivəsində nümayəndə heyətinin uydurma soyqırım, erməni yalanları və xəyanətləri mövzusunda mətbuat konfransı keçirməsi, müxtəlif televiziya proqramlarında iştirakı, jurnalist birlikləri və İzmir şəhər rəhbərləri ilə görüşü planlaşdırılır. Nümayəndə heyətinə Şura üzvü Əliməmməd Nuriyev, Şuranın mətbuat xidmətinin rəhbəri Səfər Alışarlı, Şuranın eksperti, Parlament Jurnalistləri İctimai Birliyinin sədri Elşad Eyvazlı daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA