24-07-2016 [13:57]
Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi zamanı qiyamçıların əsir götürdüyü ordu generalı, Baş qərargah rəisinin müavini Yaşar Güler başına gələnlər haqda ifadə verib.
Yaşar Gülərin danışdıqları hərbi çevriliş planının lideri kimi tövsif edilən, həbs olunduqdan sonra qulağı kəsilən general, Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, Yüksək Hərbi Şuranın üzvü Akın Öztürkün həmin hadisələrdəki roluna dair yeni suallar meydana çıxarıb.
General Yaşar Gülərin dediyinə görə, həmin gün axşam saat 21.25 radələrində Baş qərargahdakı kabinetində təkbaşına çalışırmış. Bu vaxt qapı döyülüb, general "girin” deyib.
"Qəfildən səs-küy düşdü, "yerə yat, yerə yat” səsləri yüksəldi. Otağımda silahlı, silahlarını mənə tuşlamış 10 personalı gördüm. İçərilərindən biri təkrar "yerə yat” deyə qışqırdı. Mən də "siz kimsiniz” deyə soruşdum. Təkrar "yerə yat” deyə bağırdılar. Bunlardan bir dənəsini tutub digər tərəfə fırlatdım və yıxıldı. Qalanları daha böyük qəzəblə üstümə cumdular, üzü üstə yerə yıxdılar, biri ayağı ilə başımdan basdı. Əllərimi arxadan bağladılar, ağzımı yapışqanlı lentlə sarıdılar”-Yaşar Gülər danışıb.

Generalın dediyinə görə, üzü üstə yerə uzadılandan sonra içəri girənlərdən biri əlini onun kürəyinə vurub, "komandanım, qorxmayın, təlimdir” deyə istehza edib. Həmin şəxs generalın yavəri Mehmet Akkurt idi.
Generala basqın edənlər sonra onun başına torpa keçirərək yerlə sürüyüblər və dəhlizə çıxarıblar, 3 mərtəbə aşağıya sürükləyiblər. Sonra Baş qərargah binasından çıxarıblar və avtomobilə mindiriblər. Baş qərargahın həyətindən çıxmaq istəyəndə mühafizəçilər darvazanı açmaq istəməyib. Bu zaman Akkurt "qapını aç, yoxsa atəş açaram” deyə onlara qışqırıb. Ardınca atəş açıb, mühafizəçilər də atəş açıblar, generalın olduğu maşına güllələr dəyib:
"Maşında mənim yanımda oturan biri endi və "bir şəhit” deyə bağırdı. O biri tərəfimdə oturana çiynimlə zərbə vurdum. Bu zaman maşının çölündəkilər məni sürüyüb yerə saldı, dizlərimin üstündə asfaltla sürüyüb başqa maşına mindirdilər, hərbi kazarmaya apardılar. Orada xeyli gözlədik, sonra vertolyotla Akıncı Hərbi Hava Bazasına apardılar”.
General Yaşar Gülər qiyamçıların nəzarətində olan Akıncı bazasında bir neçə saat əlləri, ağızı bağlı qalıb. Dediyinə görə aradan xeyli keçmiş səslərindən tanıdığı F-16 və F-4 təyyarələri Akıncı aerodromunun uçuş-enmə zolaqlarını, anqarlarını bombalamağa başlayıb.
"Xeyli rahatladım. Daha sonra qapı açıldı, general Akın Öztürkün səsini eşitdim. "Yahu, Yaşar, sən burada nə gəzirsən, sənin burada olduğundan heç xəbərim yox”dedi. Gözlərimi bağlayan parçanı açdı, bu vaxt otaqda ikimizdən başqa heç kimin olmadığını gördüm.
Akın Öztürk qapını açıb çöldə keşik çəkən şəxsə "komandanın əl-ayağını niyə bağlamısınız? Tez oradan bir şey gətir və bunları aç” dedi. Sonra Akın Öztürk əl və ayaqlarımın bağlandığı ipi kəsdi. Qarşımda oturdu, özünün köməkçisi olduğunu bildirdiyi şəxsə otağa çay, su və bir tabakda çərəz gətirməyi tapşırdı. Sonra həmin şəxsə "Yaşar Paşanın evinə zəng vur, sağ olduğunu xəbər ver” dedi. Akın Öztürk danışmağa başladı, mənə xitabən "bu həriflər manyak, sən dövlətə qarşı belə şeyi necə edə bilərsən” dedi. Axşam saat 23.00-dan Akıncı bazasında olduğunu və hərifləri bu çevriliş cəhdindən əl çəkməyə inandırmağa çalışdığını, bir qismini inandırdığnı dedi. Sonra qapıda silahlı növbətçinin olduğunu deyib getdi” - deyə, Baş qərargah rəisinin müavini bildirib.
Xatırladaq ki, general Akın Öztürk prokurora verdiyi ifadəsində hərbi çevrilişə başçılıq etmədiyini, əksinə, Baş qərargah rəisinin tapşırığı ilə çevrilişi önləmək üçün Akıncı bazasına getdiyini deyib. Daha sonra Baş qərargah da bəyanat yayaraq Akın Öztürkün Akıncı bazasına çevrilişi önləmək üçün göndərildiyini təsdiq edib. Bu ziddiyətli məqamlara baxmayaraq Akın Öztürk hələ də çevrilişin lideri kimi təqdim olunur, ona həbsdə işgəncə verildiyini, alçaldığını əks etdirən fotolar yayılıb.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi