Universitetin yüksək vəzifəli müəllimləri işdən qovuldu - 620 min manatlıq qalmaqal

img

23-07-2016 [22:59]


Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 9 nəfər müəllimi rüşvət almağa görə işdən çıxarılıb.

Mia.az xəbər verir ki, bu barədə "ölkə.az”a ADİU-dakı etibarlı mənbə məlumat verib.

Məlumata görə, bu ayın əvvəlində universitetin 9 nəfər müəlliminin tələbələrdən ümumilikdə 620 min manat rüşvət alması faktının üstü açılıb. Bunu bilən ADİU-nun rektoru Ədalət Muradov dərhal həmin müəllimləri işdən qovub.

İşdən çıxarılanlar arasında Tədris-Metodiki Mərkəzinin "Texniki və texnoloji ixtisaslar” üzrə direktor müavini Nizami Musayev, Azərbaycan Dövlət İqtisad Universitetinin indiki prorektoru Şaiq Əsgərovun qardaşı və bacısı qızları da var.

İşdən çıxarılan bu şəxslərin kəsiri olan tələbələrdən 620 min manat rüşvət alması iddia olunur.

Hazırda sözügedən məsələ ilə əlaqədar rektorun tapşırığı ilə müvafiq araşdırma aparıldığı deyilir və yaxın vaxtlarda digər müəllimlərin də rüşvətə görə işdən çıxarılacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA