Ramiz Rzayev növbəti dəfə Ali Məhkəmənin sədri təyin edilib

img

20-04-2010 [12:29]


Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq Ramiz Yaqub oğlu Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi barədə sərəncam imzalayıb. Ramiz Rzayev 2000-ci il Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təyin edilib. 2002-ci il 17 yanvar tarixində Prezidentin fərmanı ilə ona 2-ci dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilib. R.Rzayev 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, 2005-ci ildən Azərbaycan Respublikası Məhkəm-Hüquq Şurasının üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA