"Gözləyirdiniz ki, bizi öldürsünlər, siz də toy çalıb oynayasınız?" - Ərdoğandan sensasion mesajlar

img

23-07-2016 [15:51]


Türkiyə prezidenti Ərdoğan Fransanın "Frans24" telekanalına verdiyi müsahibədə Avropa ölkələrinin liderlərinə mesaj göndərib.

Mia.az xəbər verir ki, Ərdoğan müsahibəsində ölkədə elan edilən fövqəladə vəziyyət ve çevrilişə cəhddən sonra keçirilən əməliyyatlar və saxlanılanların haqq və hüquqlarının pozulması haqda iddialarla çıxış edən Avropa ölkələrinin rəsmilərinə etiraz edib:

"Bəli, hər şey güllük-gülüstanlıq deyil. Ancaq bu Avropa liderləri nəyi gözləyirdi? Nə istəyirlər, axı?! Bunlar gözləyirdi ki, ölkənin rəhbərliyi öldürülsün, onlar da toy çalıb, oynasınlar?! Biz nə etdiyimizi yaxşı bilirik. Onlar getsin, öz problemləri ilə məşğul olsunlar".

Ərdoğan onu da deyib ki, çevrilişdə iştirak edən generallardan biri Baş qərargah rəisi Hulisi Akarı girov götürdükdən sonra Fətullah Gülənlə danışdırmaq istəyib:

"Bunu ilk dəfə sizə açıqlayıram. Həmin general Akarı dilə tutaraq, onu terroristbaşı Gülənlə danışdırmaq, görüşdürmək istəyib. Bütün bunlar faktdır, onlarin bir qismi elektron formada, sənəd şəkilində ABŞ-a göndərilib, qalanları da istintaqın  yekunu formasında göndəriləcək. Bundan başqa, ABŞ-a nazirlərimiz gedəcəklər. O zat bizə təhvil verilməlidir".

Prezident çevrilişə cəhdin ölkədə kəşfiyyat orqanlarının zəifliyindən qaynaqlanması haqda verilən suala müsbət cavab verib:

"Əlbəttə, belə bir zəiflik, boşluq olub. Bunu MİT-in də, Baş Qərargahın rəisinə də dedim. Onlar da razılaşdı, dedilər ki, qərar sizindir, verəcəyiniz qərara, məsləhət görəcəyiniz vəzifədə işləməyə hazırıq. İrəliləyən günlərdə kəşfiyyat yönündə atacaq addımlarımız olacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA