"Havaya qalxandan sonra təyyarənin hara enəcəyini bilmirdik..." - Ərdoğanın kürəkəni çevriliş gecəsini anlatdı

img

23-07-2016 [14:27]


Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi zamanı prezident Ərdoğanla birlikdə Marmarisdə oteldə olan kürəkəni, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak da həmin gecə yaşananlarla bağlı danışıb.

Mia.az Türkiyə mediasına istinadən Berat Albayrak etiraf edib ki, çevriliş xəbərini ilk olaraq Ərdoğanın bacısının həyat yoldaşından alıblar: 

"İlk olaraq o, prezidentə zəng edib, Boğaziçi körpüsündə baş verənlərdən və çevrilişə cəhd xəbərinin yayılmasını məlumat verdi. Düzü, əvvəl prezidentimiz də inana bilmədi. Ancaq baş nazir və digər yetklilərlə təmasdan sonra, təxminən saat 21.30-22.00 radələrində çevriliş cəhdi olduğunu anladıq. Prezident dəstəmaz aldı, namazını qıldı və prosesi sakit, təmkinli idarə etməyə başladı. Biz oteldəykən 3 helikopter kəşfiyyat uçuşu edirdi, gördük. Dərhal prezidentin mesajını telefonla mediaya çatdırdıq. Bütün verilən təlimatlar Ərdoğanın liderliyi ilə bağlı ayrı bir uğur hekayəsini ortaya qoydu. Əvvəlki böhranlar kimi, burada da vəziyyəti uğurlu şəkildə idarə etdi”.

Ərdoğanın kürəkəninin sözlərinə görə, onlar Dalaman hava limanından havaya qalxandan sonra təyyarənin hara enəcəyini bilmirdilər. Çünki İstanbulla yanaşı, 4 alternativ şəhər hazırlanmışdı, Aydın, Dalaman, Bodrum, İzmir. Təyyarə qalxdıqdan sonra prezidentimiz araya gediləcəyinə qərar verdi”.

Berat Albayrakın sözlərinə görə, onlar havada olarkən çevrilişçilərin F-16 qırıcıları Ərdoğanın təyyarəsinin 50 metrliyindən uçurdu. Buna baxmayaraq, Ərdoğanın təyyarəsinin İstanbul Atatürk aeroportuna endirilməsi barədə qərar verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA