Ramil Usubov Komitə sədrinin qohumuna vəzifə verdi - Təyinat

img

23-07-2016 [13:50]


Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Bəhruz Cabbarov Qubadlı Rayon Polis şöbəsinə rəis təyin edilib.

Bəhruz Cabbarov bundan öncə Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsinin rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, Bəhruz Cabbarov Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qohumudur

azvision.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA