Fətullah Gülənə bağlı olan bu qurumlar qapadıldı - Siyahı

img

23-07-2016 [13:49]


Türkiyədə 35 səhiyyə müəssisəsi, 934 məktəb, 109 tələbə yataqxanası, 104 fond, 1125 dərnək, 15 universitet və 19 həmkarlar ittifaqı bağlanıb. 

Bu barədə Fövqəladə vəziyyət çərçivəsində alınan tədbirlərə dair ilk Qanun Hökmündə verilən Fərmanda qeyd edilib. Fərmanda həmçinin şübhəlilərin saxlanma müddətinin 30 günədək uzadıldığı qeyd edilib.

Aparılan istintaqlar çərçivəsində vəzifə və rütbəsindən asılı olmayaraq, dövlət vəzifəliləri də daxil olmaqla bütün şübhəlilər, zərərçəkmişlər və şahid ifadələri ədliyyə vəzifəliləri tərəfindən də alına bilər.

Qeyd edək ki, iyulun 15-dən 16-sına keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Çevriliş cəhdində xalqı gülləbaran edən qiyamçıların Fətullah Gülənin liderliyi altında hərəkət etmələri rəsmi bəyan edilib. Bu səbəbdən Gülənlə bağlılığı olan bütün obyektlər bağlanılır. Fərmanla fəaliyyəti dayandırılan təhsil müəssisələrinin də Fətullah Gülənlə əlaqəli olduğu ehtimal edilir.

(AzNews.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA