Cəbhədə düşmən hərbiçisi yaralandı - Müdafiə Nazirliyindən açıqlama

img

23-07-2016 [11:55]


Ermənistan mətbuatının iyulun 23-nə keçən gecə saat 00.10-da guya Azərbaycan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil.

Mia.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir: "Mqer Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA