Bağlanan banklarda nə qədər əmanət var - Rəsmi açıqlama

img

22-07-2016 [11:40]


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən lisenziyaları ləğv olunan "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və "Zaminbank” ASC-də ümumilikdə 140 mln. 300 min manat məbləğində qorunan əmanət var.

Bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Əmanətlərə gəlincə, lisenziyası ləğv olunan dörd bankda əhalinin 140 milyon 300 min manat məbləğində qorunan əmanəti var. Bu vəsait Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılacaq. Belə ki, adıçəkilən banklar fondun üzvüdür. Lazım olarsa, Mərkəzi Bank likvidlik dəstəyi göstərəcək", - deyə sədr qeyd edib.
apa.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA