Leyla Əliyeva Londonda - Foto

img

21-07-2016 [19:47]


Böyük Britaniya parlamentinin İcmalar Palatasında "Har Hazeitim” adlı tarixi qəbiristanlıq və məkanın qorunması üzrə komitənin təqdimat mərasimi keçirilib.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, Şərqi Qüdsdə yerləşən ən qədim yəhudi qəbiristanlığı hesab olunan "Har Hazeitim”in Mühafizəsi üzrə Beynəlxalq Komitənin tərkibində təsis edilən bu qurumun təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, parlamentin üzvü Metyu Offord, Qüds şəhərinin merinin birinci müavini Ravvi Yosef Doyç, Yuqoslaviya kral ailəsinin üzvü, taxt-tacın varisinin həyat yoldaşı şahzadə Katerin, yəhudi icmasının rəhbərləri, qeyri-hökumət təşkilatlarının və dini tolerantlıq sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri də tədbirə qatılıblar.

Tədbirdə Azərbaycanın dini tolerantlıq və dözümlülük sahəsində əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib, xüsusilə ölkəmizdə yəhudi icmasına göstərilən diqqət və qayğı vurğulanıb.


Leyla Əliyeva Londonda


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA