21-07-2016 [19:23]
Bu gün "Sputnik" Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun təşəbbüsü ilə bu media qurumunun təmsilçiləri və Azərbaycan Mətbuat Şurası rəhbərliyi milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında yerləşən və bu vaxta kimi ölkənin media ictimaiyyətinin diqqətindən kənarda qalmış büstünü ziyarət edib.
Mia.az xəbər verir ki, media nümayəndələri büstün ətrafında abadlıq işləri aparıb üzərinə əklil qoyublar.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovböyük maarifçi Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə əsasını qoyduğu "Əkinçi” qəzetinin Azərbaycanın mətbuat və ümumilikdə ictimai fikir tarixində oynadığı rola diqqət çəkib.
O bildirib ki, 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən "Əkinçi” qəzetinin ümumilikdə 56 sayı işıq üzü görsə də, bu, Azərbaycanda sonradan milli qəzetlərin yaranmasına böyük təkan verib. "Əkinçi”dən sonra maarifçilik ideyalarını təbliğ edən "Kəşkül” və "Ziya”, "Kaspi”, "Şərqi-rus”, "Molla Nəsrəddin” kimi qəzetlər, jurnallar yaranıb.
"Hazırda Azərbaycan mətbuatı azad və sərbəst şəkildə inkişaf edir. Ulu öndər Heydər Əliyevin mətbuat üzərindən senzuranı götürməsi tarixi hadisə olmaqla yanaşı, demokratik mətbuatın inkişafına təkan verdi. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir” – deyə, Ə.Amaşov vurğulayıb.
"Sputnik Azərbaycan"ın rəhbəri Əziz Əliyev çıxışında bildirib ki, Həsən bəy Zərdabi Azərbaycan mətbuatının banisi olmaqla yanaşı, ölkənin ilk maarifçilərindən biri kimi tarixdə dərin iz buraxıb: "Sabah Azərbaycanın bütün media strukturları peşə bayramını qeyd edəcək. Bu səbəbdən, Sputnik beynəlxalq informasiya agentliyi Mətbuat Şurası ilə birgə Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabinin xatirəsini yad etdi, dahi mütəfəkkirin ruhuna ehtiramını bildirdi. Zərdabinin irsi indi Azərbaycanda mövcud olan azad və demokratik jurnalistikaya təkan verib. Biz beynəlxalq agentlik olmaqla yanaşı, həm də Azərbaycan media məkanının bir parçasıyıq və milli mətbuatımızın yarandığı əlamətdar günü xüsusi şəkildə qeyd etməliyik”.
Ə.Əliyev rəhbərlik etdiyi media qurumunun mətbuatın inkişafına töhfə verəcək analoji tədbirlərinin davamlı olacağına əminliyini bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi