21-07-2016 [12:11]
15 iyul dövlət çevrilişinə cəhd zamanı paytaxt Ankaranı bombardman edən helikpterin pilotu, kapitan Memduh Qaragöl ifadə verib.
Pilot Ankara Aviasiya Komananlığının şöbə müdiri Akif Minbaşı tərəfindən əmr aldığını deyib:
"Akif Minbaşı günorta saatlarında mənə zəng edərək iki ədəd ATAK hücum helikopterinin təhvil verilməsi barədə tapşırıq gəldiyini dedi. Şənbə günü getməyin daha uyğun olacağını söylədim. Lakin polkovnik-leytenant Murad Polad həftə sonu CH-47 helikopterlərinin təhvil-təslim ediləcəyini, bu səbəbdən də helikopterlərin Bodrumun Güvərcinlik rayonunda yerləşən bazaya göndərilməsini tələb etdi. Bundan sonra 16:30-da birliyimizdə olan 3 helikopterdən ikisi havaya qalxdı.
Qısa müddət sonra helikopterlərin Güvərcinlik yerinə Ankaranın Təməlli bölgəsinə getməsi barədə əmr gəldi və saat 21.00-da Təməlliyə eniş etdik.
Burada bizimlə birlikdə Quru Aviasiya Məktəbi Komandanlığına məxsus təyyarələr gördüm. Polkovnik-leytenant Hakan Ərol ATAK helikopterlərinin Güvərcinliyə gətirilməsi mövzusunda təlimat aldığını dedi. Saat 22.00-da İstanbulda körpülərin bağlanıldığını görüncə, fövqəladə vəziyyət olduğunu anladım. Hakan Ərol Güvərcinliyə yox, Akınçı bazasına getməyimiz lazım olduğunu dedi. Etiraz edincə, "Güvərcinliyə baxaq, sonra Akınçıya gedərik”, - dedi. 23.00-da havaya qalxdıq.
Başkənd Universitetinə yaxınlaşdığımız zaman çox yaxın məsafədən bir qırıcı təyyarə keçdi. Onlara verilən əmri radio danışıqlarından eşidirdim. Səsindən tanıdığım polkovnik-leytenant Özcan Qaracan qırıcılara "Onların avtomobilinə "kobra” deməyin, "əqrəb deyin”, polisin əqrəbini vurun, polisləri vurun”, deyəndə inana bilmədim. Yenə səsindən tanıdığım "Sikorski” pilotu, polkovnik-leytenant Xəlil Gürün "Beştəpə və Bəytəpə ətrafındakı polisləri vurun” sözlərini eşitdim.
Bir neçə dəqiqə sonra Güvərcinliyə çatdıq. Vəziyyət əvvəlkindən daha fərqli idi. 3 yanacaq tankeri aerodromda gözləyirdi. Digər birliklərdən texnik və pilotlar hava limanına göndərilmişdi. Polkovnik-leytenant Ərdal Başlar məni qarşıladı. "Xoş gəldiniz. Təcili helikopterinizə silah yükləyin” deyincə əsəbiləşdim. "Nə silah? Kim kimi vurur? Heç nədən xəbərim yoxdur”, - dedim. Texnik və pilot yoldaşlarıma "Heç kim buradan ayrılmasın, heç nə etməyin, silah yükləməyin”, – dedim.
İçəri keçərkən Malatya vilayətində xidmət edən baş çavuş Volkan Türkqorxmazı və baş çavuş Mustafa Ormantəpəni gördüm. "Nə edirsiniz”, - soruşanda, "Nəsə etməyə çalışırıq. Sonuna qədər mübarizə aparacağıq”, – dedilər.
Tabor komandiri polkovnik-leytenant Murad Poladın otağına getdim. Hakan Ərol da otaqda idi. Belində tapança vardı. "Nə baş verir”, - soruşanda hərbi vəziyyət elan edildiyini dedi. Bunun qanuni olub-olmadığını bilmək üçün "Baş Qərargah rəisinin əmri və ya xəbəri varmı” soruşdum. H.Ərol isə baş barmağını qaldırdı və 2 min səhifəlik əmr olduğunu dedi.
Mənə oxuya bilmədiyim və anlamadığım bir yazını göstərib, "Bundan sonra sizə verilən bütün əmrləri icra edəcəksiniz. Etməsəniz, lazım olanı edəcəyik”, - dedi. Bu sözləri deyərkən silahına işarə edərək məni təhdid etdi.
Bir otağa keçib televiziyanı izlədim. Prezident və baş nazirin açıqlamasını izləyincə çevriliş olduğunu anladım. Dərhal həyat yoldaşıma zəng edib çölə çıxmamağı tapşırdım. Oturarkən helikopterimizin zədə aldığını dedilər. Necə olduğunu anlamadım. Komandamla birgə qonaq otağına keçdik və səhərə qədər orada qaldıq. Səhər 08.30-da yaxınlarımızın yanına getdik. Saat 10.30-da Malatyadan polkovnik-leytenant Adəm İzgü mənə zəng edərək alay komandirimizin helikopterin vəziyyəti barədə məlumat almaq istədiyini, bu səbəbdən Güvərcinliyə getməyimi tapşırdı. Burada bütün komandam ilə həbs olunduq.
Çevrilişin qanunsuz olduğunu anladığım üçün polkovnik-leytenant Murad Polad tərəfindən verilən əmrləri yerinə yetirmədim, helikopteri hərbi təchizatla yükləmədim. Bu səbəbdən çevrilişdə iştirakımı qəbul etmirəm. Silahsız vətəndaşa, digər təhlükəsizlik qüvvələrinə, dövlət təşkilatlarına qarşı silah istifadə edilə bilməz”.
Axar.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi