Qafqaz Universiteti Elmar Qasımova təhvil verildi

img

21-07-2016 [11:51]


Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova təhvil verilib.

Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin sədri Xaliq Məmmədov Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu kollektivə təqdim edib.

Qafqaz Universitinin rektor vəzifəsi Elmar Qasımova həvalə olunub.

Xaliq Məmmədov bildirib ki, universitetdə bütün fakültələr olduğu kimi qalır və tələbə qəbulu davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi SOCAR-ın təsisçiliyi ilə yaradılıb və nəzdində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi fəaliyyət göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA