21-07-2016 [11:14]
Dövlət Statistika Komitəsində Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli sərəncamı ilə təltif olunan Komitənin bir qrup əməkdaşına "Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdim olunması mərasimi keçirilib.
Komitədən Mia.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov əvvəlcə ölkə başçısının sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Komitə əməkdaşlarını bir daha təbrik edərək, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb.
Tahir Budaqov ümummilli lider Heydər Əliyevin müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edib.
Bildirib ki, ümummilli liderin tövsiyələrinə əsaslanaraq hazırlanan və 2000-ci il iyulun 21-də qəbul olunan "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin strukturlaşdırılmasının əsası qoyulub, dövlət qulluğu və dövlət qulluqçusu məfhumlarına aydınlıq gətirilib, dövlət qulluqçusunun hüquq və vəzifələri qanunvericilik yolu ilə müəyyənləşdirilib, dövlət idarəçilik sisteminin əsas amillərindən biri olan kadr ehtiyatlarının düzgün istiqamətləndirilməsinə zəmin yaradılıb. Bu qanun dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan qarşılıqlı münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət qulluğu irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan ölkə vətəndaşları hesabına formalaşır.
Dövlət qulluğunun başlıca funksiyası, onun mahiyyəti – dövlətə qulluq etmək, dövlət və cəmiyyət, dövlət və onun vətəndaşları arasında dayanıqlı əlaqəni yaratmaq, öz fəaliyyətində əməli surətdə demokratik prinsipləri müzakirə etmək, vətəndaş cəmiyyətinin genişləndirilməsinə şərait yaratmaq, ictimai institutlara maksimal dərəcədə idarəetmə funksiyalarını ötürməkdir. Ümummilli lider Heydər Əliyevin dövlət qulluğu haqqında qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsindəki gördüyü böyük əhəmiyyət kəsb edən işlər ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən əsaslı şəkildə uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqət və qayğısı sayəsində "Dövlət qulluğu haqqında” Qanundan irəli gələn bütün məsələlər davamlı olaraq həyata keçirilir. Bu sahədə Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli "Dövlət qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında” sərəncamı dövlət qulluqçularına olan qayğının əyani nümunəsidir.
Çıxış edən dövlət qulluqçuları onların əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Sonda Dövlət Statistika Komitəsinin 4 əməkdaşına "Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi