Rəsmi Moskvadan NATO-ya mesaj: "Türkiyəni çevriliş təhlükəsiylə bağlı niyə xəbərdar etmədiniz?"

img

21-07-2016 [10:52]


Moskva Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı NATO-nun sərgilədiyi mövqeyi tənqid edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyədəki qanuni hökumətin devrilməsi ilə bölgədəki qeyri-sabitliyin daha da artacağını deyib:

"Türkiyədəki çevriliş cəhdi Polşanın paytaxtı Varşavada keçirilən NATO zirvəsindən yalnız bir həftə sonra reallaşdı. NATO birlik üzvünü baş verə biləcək təhlükə barədə xəbərdar etmədi. Ən böyük hərbi təşkilat olan və təhlükəsizlik mövzusunda hər cür imkana sahib olan NATO bir məlumat belə vermədi. Qanuni hökuməti devirmək ssenarisi mənfi istiqamətdə inkişaf etsəydi, bu, həm Türkiyədə faciəyə yol açar, həm də bölgədə daha dərin bir qeyri-sabitlik yaradardı”.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA