20-07-2016 [20:50]
Yazıçı Sona Vəliyevanın milli mətbuatın banisi Həsən bəy Zərdabinin həyatından bəhs edən "İşşığa gedən yol” romanı bu yaxınlarda işıq üzü görüb.
Yazıçı Sona Vəliyevanın Azərbaycan Milli Mətbuatının banisi, "Əkinçi” qəzetinin baş redaktoru Həsən bəy Zərdabinin həyatından bəhs edən "İşığa gedən yol” romanı barədə təəssüratlarını bölüşən Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid əsəri 22 iyul – Milli Mətbuat Gününə sanballı hədiyyə adlandırıb:
"Sona xanımın bu romanını Mətbuat Günü ərəfəsində, çox böyük zövq ala-ala oxumağa başladım. Romanda Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin Zərdabda keçirdiyi uşaqlığından, Şamaxı, Tiflis və Moskvada təhsil aldığı illərdən başlayaraq keçdiyi uzun, keşməkeşli həyat yolu əks olunur. Əsərdə Həsən bəy Zərdabinin Moskva Dövlət Universitetini bitirəndən sonra Tiflis və Bakıda məmur, Qubada isə müəllim kimi fəaliyyət göstərməsi təsvir edilir. Realnı Gimnaziyada dərs dediyi vaxtlarda Həsən bəyin Azərbaycanda ilk dəfə kasıb ailələrin uşaqlarının təhsilə cəlb olunması üçün Xeyriyyə Cəmiyyəti yaratmaq niyyəti ilə müxtəlif bölgələrə - Şamaxı, Gəncə, Tiflis, İrəvan və Naxçıvana səfərlərindən bəhs edilir. Müəllif Həsən bəyin bu səfərlərini işıqlandırarkən həm adıçəkilən bölgələrin tarixinə dair qiymətli informasiyaları oxucuların diqqətinə çatdırır, həm də həmin dövrün ziyalıları, nüfuzlu, imkanlı şəxsləri barədə dolğun təəssürat yaradır. Həsən bəy Zərdabinin dostluq etdiyi o dövrün görkəmli ziyalıları – Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani və digər tanınmış insanlar, eləcə də öz tələbələri – Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqaları ilə apardığı fikir mübadilələrində maarifçilik ideyalarının ilk qığılcımlarının necə yaranması da romanda öz əksini tapır. Bundan başqa, əsərdə həmin dövrün olayları, ziyalı mühiti, həmçinin ilk Azərbaycan qəzetinin yaranması ideyası və bu ideyanın gerçəkləşdirilməsi prosesi də peşəkarlıqla əks olunub. Əsər bədii cəhətdən də mükəmməldir, oxunaqlıdır. Müəllif yazıçı priyomlarından ustalıqla istifadə edərək oxucunu həyəcanda saxlaya bilir. Hesab edirəm ki, bu roman Milli Mətbuat Gününə gözəl bir hədiyyədir”.
R.Məcid onu da bildirib ki, bu əsər barədə qısa müddətdə baş redaktoru olduğu "525-ci qəzet”də tanınmış alim və ədəbiyyatşünasların yazıları dərc edilib: "Cahangir Məmmədli, Vaqif Yusifli, Flora Xəlilzadə kimi tanınmış ziyalılar bu əsər barədə geniş yazılar yazaraq ürək sözlərini deyiblər.
Hesab edirəm ki, bu roman gələcəkdə Həsən bəy Zərdabi barədə bədii filmin çəkilməsi üçün yaxşı bir materialdır. Təkcə ziyalılar, mətbuat adamları üçün yox, ən müxtəlif səviyyəli oxucu kütləsi, xüsusi ilə gənclər üçün ibrətamiz, sanballı bir əsər yaratdığına görə müəllifi təbrik edirəm”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi