Putinlə Ərdoğan Bakıda deyil, Rusiyada görüşəcək - Kremldən reaksiya

img

20-07-2016 [17:52]


Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüşün tarixi açıqlanıb.

Bu barədə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, hər iki ölkə başçısı avqust ayının ilk 10 günü ərzində Rusiyada bir araya gələcək.

Peskov "Bu görüşün avqustun ilk 10 günlüyündə və Rusiya Federasiyasında təşkil olunacağı barədə razılaşdıq. Lakin şəhər və tarix dəqiq məlum deyil”,-deyib.

Peskov Putinlə Ərdoğanın Bakıda görüşəcəyi ilə bağlı xəbəri təkzib edib və bir daha qeyd edib ki, görüş Rusiyada baş tutacaq: "Bakıda isə Azərbaycan, İran və Rusiya prezidentləri bir araya gələcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA