Hökumət qərar verdi: Yeni qurum yaradıldı

img

20-07-2016 [12:31]


Nazirlər Kabineti "Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında” qərar verib.

Sənədi baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb. Sənədə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Eroziya və Suvarma İnstitutu Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilib və onların bazasında Torpaqşünaslıq və Aqrokimya İnstitutu yaradılıb.

Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidləri ləğv edilərək Hüquq və İnsan Haqları İnstitutunun struktur tərkibinə verilib. Fəlsəfə və Hüquq İnstitutu Fəlsəfə İnstitutu adlandırılıb.

AMEA-ya bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sənəd imzalandığı gündən qüvvəyə minib.
report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA