20-07-2016 [11:40]
Kitab bir cəmiyyətin inkişafında müstəsna rol oynayır. Ancaq zaman-zaman orta məktəb dərsliklərində səhvlər aşkarlanır.
Bu isə ən böyük problemlərdən biridir. Çünki ən az 2 tədris ilinin şagirdləri bu kitablardan istifadə etməyə məcbur olurlar.
Bəs, bu məsələ necə həll edilməlidir?
Mia.az xəbər verir ki, təhsil eksperti Etibar Əliyev məsələ ilə bağlı fikirlərini Modern.az-a bildirib.
Etibar Əliyevin sözlərinə görə, dərsliklərin yazılmasına və çapına bir çox qurumlar cavabdehdirlər.
"Bu qurumlar nəşriyyatlar, Dərsliklərin Qiymətləndirmə Şurası və Təhsil Nazirliyinin Tədris resursları şöbəsidir. Uzun illərdir ki, dərsliklərdəki ciddi problemlərdən danışırıq. Dərsliklərdə üslub səhvləri, məzmun səhvləri, həmçinin redaktə, korrektə səhvlərinə rast gəlinir. Hələ orta məktəb dərslikləri hələ ki dəqiq və dərin təhlil olunmur. Əgər o proses başlasa, onda çox dəhşətli qüsurlarla rastlaşarıq. Ən azı müqayisə metodunu götürsək, uşaqların idrakı və təfəkkürünün formasına müsbət təsir edən mətinlərin azdığını götürsək, vəziyyətin daha ağır olduğunu deyə bilərik. Mən hesab edirəm ki, dərslikləri nəşriyyatın seçməsi doğru deyil. Nəşriyyatların dərslik tanıma, müəllif tanıma və təhlil etmək üçün kadr potensialı kifayət qədər deyil. Onlar istədikləri şəxsi dərslik müəllifi kimi seçə bilirlər. Bütün dərsliklər üzrə alternativ dərsliklər yazılmadığı üçün nəşriyyatlar təkrar olaraq əvvəlki illərdəki dərsliklərin üzərində dururlar. Nəticədə Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən təşkil olunan tenderdə qalib gələn nəşriyyatların çap etdikləri kitabları məktəblərə göndərirlər. Bu proseslərin özlərində də müəyyən qədər səhvlər var”.
![]()
Ekspert bildirib ki, ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq yaradılmış Dövlət İmtahan Mərkəzinə dərsliklərin sifariş və monitorinqi səlahiyyəti verilib:
"Dərsliklər çap olunub qurtarandan sonra Dövlət İmtahan Mərkəzində monitorinqə verilir. Təəssüf ki, aşkar olunan çoxsaylı səhvlər nəzərə alınmır. Aşkarlanan səhvlər 2 tədris ili sonra bərpa edilir. Bu prosesin özündə də müəyyən səhvlər var, yaxşı olardı ki, dərsliklər çap olunmadan əvvəl Dərsliklərin Qiymətləndirmə Şurası və Dövlət İmtahan Mərkəzi monitorinq aparsınlar. Daha sonra isə dərsliklər çap edilsin. Təəssüf ki, hələ ki he çbir ciddi addım atılmır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi