11,3 ton istehlaka yararsız ərzaq məhsulu məhv edilib

img

19-04-2010 [01:39]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında nəzarət tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Dövlət Xidmətinin Bakı şəhəri, Nərimanov rayonu, 1222-ci məhəllə, 12 ünvanında ?Engin Ltd? MMC-yə məxsus anbarda apardığı yoxlama zamanı saxlama müddəti ötmüş 11,3 ton ərzaq məhsulları (şokolad, saqqız, çipsi və s.) aşkar edilərək qanunamüvafiq şəkildə məhv olunub. Bundan başqa, müəssisənin anbarında saxlama müddəti ötmüş 54 çeşiddə 42805 ədəd qeyri-ərzaq malları, o cümlədən 2000 ədəd şampun, 12822 ədəd nəm salfet, 8459 ədəd ayaqqabı kremi, 16422 ədəd antipersperant, 269 ədəd yuyucu vasitələr, 71 ədəd saç boyası, 312 ədəd diş pastası və s. aşkar edilmiş, ticarət dövriyyəsindən çıxarılaraq məhv edilib. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA