Kolleclərə qəbulun nəticələrini açıqlandı - TQDK

img

19-07-2016 [19:20]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil (IX illik) bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələrini iyulun 19-da saat 18.00-dan etibarən rəsmi internet səhifəsində yerləşdirib.

Mia.az TQDK-ya istinadən xəbər verir ki, müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar TQDK-nın rəsmi saytındakı müvafiq cədvəldə təqdim olunur. 

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar iyulun 21-dən 29-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtinası kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA